Order Fly

    What we offer:
  • Air transportation of passengers, excursions, VIP flights.
  • Transportation of air cargo by store or in a cabin.
  • Construction and assembly operations.
  • Air patrolling and monitoring of oil and gas pipelines and electric transmission lines.
  • Medical evacuation (Medivac), search and rescue operations (SAR), emergency medical service (EMS).
  • Flights to ships and offshore drilling rigs (offshore operations).
  • Flights in connection with aerial visual survey and videos.
  • Lease of helicopter with or without crew members
  • Special tours and charters by helicopter ( hunting, fishing, climbing, and so on).
  • Consulting services in construction of surface level helipads as well as elevated helipads (located on buildings, medical offices, offshore drilling rigs, ships, etc.).
    Notes:
  • The application must be submitted 3 working days before departure.
  • Special permission from state bodies of Azerbaijan is required for flights over the city
  • All departing/arriving passengers must have an insurance valid for the flight period

Baş direktor: “Burada səhv bağışlanılmır” – REPORTAJ

Home \ News \ Baş direktor: “Burada səhv bağışlanılmır” – REPORTAJ

Bakı. 4 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən helikopter meydançası və yaxud hamının Zabrat aeroportu kimi tanıdığı yer. Təxminən, 40 il bundan əvvəl burada, həmişə maraqla izlədiyimiz, məşhur “Yol əhvalatı” bədii filminin bir hissəsi lentə alınıb. 

Hazırda bu hava nəqliyyatı qurumu ölkənin kiçik aviasiya sahəsində fəaliyyət göstərən ən böyük aviaşirkətidir. Onun parkında ABŞ, Fransa,Rusiya və İtaliya istehsalı olan müxtəlif markalı helikopterlər var. Park 2005, 2010, 2012 və 2014-cü illər ərzində tədricən yenilənib və bu proses davamlı olaraq aparılır. Amma şirkətə daxil olarkən diqqətimizi, ilk növbədə, xatirə kimi saxlanılan və istismar müddəti çoxdan başa çatmış “Mi-1” helikopteri çəkdi. 1950-ci illərdə istifadə olunmuş bu hava gəmisi Azərbaycanda Xəzər dənizi üzərindən uçuşların həyata keçirildiyi ilk helikopterdir. Kiçik ölçülü bu hava nəqliyyat vasitəsinə cəmi 1 pilot və 2 sərnişin yerləşir.

Atadan oğula keçən peşə

“Helicopter Services”in iş prinsipləri ilə bizi aviaşirkətin baş direktoru Azər Sultanov tanış edir. İlk sualımız burada işçi heyətin formalaşdırılması ilə bağlı olur. Baş direktorun sözlərinə görə, lazımi kadrların hazırlanması üçün Milli Aviasiya Akademiyası (MAA) ilə sıx əməkdaşlıq edilir: “Akademiyanın məzunlarının hesabına həm uçuş, həm də texniki heyətimiz formalaşır, yaşa görə pensiyaya çıxan heyət üzvləri təcrübəni mənimsəməklə yeni nəsil pilot və texniklərlə əvəzlənir. Maraqlıdır ki, aviasiya ailəsində varislik mövcuddur, yəni pilot atanı onun pilot oğlu, mühəndis atanı isə onun mühəndis oğlu əvəz edir”.

A.Sultanov həmçinin bildirir ki, aviaşirkətin əməkdaşları mütəmadi olaraq peşəkarlıq səviyyələrini artırır: “Müəssisəmizin hər bir əməkdaşı il ərzində müxtəlif təlimlərə cəlb olunur. Bu, ilk növbədə, uçuş və texniki heyətə aiddir. Onlar MAA ilə yanaşı, Almaniya, Fransa, İtaliya, Finlandiya və Rusiyadakı beynəlxalq nüfuza malik təlim mərkəzlərində hazırlıq keçir, təcrübələrini artırır”.

Burada səhv bağışlanılmır

Daha sonra A.Sultanov bizi uçuşların həyata keçirilməsi prosesi ilə tanış edir. Onun sözlərinə görə, burada səhv bağışlanılmır və maksimum dərəcədə diqqətli olmaq, işin məsuliyyətini dərk etmək lazımdır: “Siz təsəvvür edə bilməzsiniz ki, bir hava gəmisinin tam təhlükəsiz havaya qalxması üçün neçə insanın savadından və bacarığından istifadə olunur. Təbii ki, hava şəraitindən asılı olaraq fövqəladə halların baş verməsi qaçılmazdır. Hər bir fövqəladə hal üçün işçi heyət mütəmadi olaraq sınaq və imtahanlardan keçir. Pilotlar və onları müşahidə edən texniklər daima tibbi müayinədən keçirlər. Bunun üçün tibb məntəqəmiz var və heyətin səhhəti tam məqbul olduğu halda onlar uçuşa buraxılırlar”.

Uçuşların təhlükəsizliyi təmin olunur

“Helicopter Services”də uçuşların təhlükəsizliyi müxtəlif dövlət qurumları ilə birgə əməkdaşlıq hesabına təmin olunur. “AZAL bizi naviqasiya və meteo məlumatlarla təchiz edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə hava məkanı barədə məlumatlar əldə olunur. Həmçinin havanın, küləyin, buludların sıxlığının ölçülməsi üçün avadanlıqlarımız var. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün mexanizmlər sifarişi qəbul edən əməkdaşdan başlayaraq işə düşür, uçuş xidməti, tibbi müayinə, uçuşqabağı hava gəmisinə texniki baxış, yanacaq doldurma, aviasiya təhlükəsizliyi xidmətləri, yerüstü xidmət, hava gəmisinin yedəklənməsi, meteo xidməti, naviqasiya müəyyənləşmələri və s. bütün strukturlar birgə iştirak edir. Arada dənizdə çalışan neftçilərin səhhəti ilə bağlı gecə uçuşları olur ki, burada kollektivin saat kimi çalışması insan həyatının xilas edilməsi üçün ən vacib amildir”, – baş direktor bildirir.

Yırtıcı quş səsləri

Daha bir maraqlı məqam isə təhlükəsizlik üçün yırtıcı quş səslərindən istifadə edilməsidir. A.Sultanovun sözlərinə görə, məqsəd quşları helikopter meydançasından uzaqlaşdırmaq və hava gəmisi uçmağa başlayarkən quşların onun pərinə daxil olmasının qarşısı almaqdır: “Amma bəzən quşlarla yanaşı, insanlar da təhlükəsizliyin təmin edilməsinə mane olurlar. Bir dəfə kənd uşaqları lazer şüasını pilotun gözünə tutmuşdular. O, təqribən, 1 dəqiqə ərzində görüntünü itirmişdi. Ancaq fövqəladə halın qarşısı vaxtında alındı və eniş təhlükəsiz şəkildə həyata keçirildi”.

Qeyd edək ki, “Helicopter Services” 24 helikopter dayanacağına malikdir. Hava gəmisi yerə endikdən sonra içərisi tamamilə boşaldılır və ona uçuşdan sonra baxış keçirilir. Daha sonra helikopter anqara çəkilir. Burada siqaret çəkmək qəti qadağandır.

Zabratda servis mərkəzi açılacaq

Bu ilin sentyabr aytında Zabratda Leonardo” tipli helikopterlərin servis mərkəzinin yaradılması nəzərdə tutulub: “Bu regionda ilk belı servis mərkəzi olacaq. Fəaliyyət dairəmizi genişləndirməyi nəzərdə tuturuq. Qürur hissi ilə deyə bilərəm ki, “Helicopter Services” Xəzər dənizi regionunda və postsovet məkanında beynəlxalq standartlara cavab verən bəlkə də yeganə şirkətdir. Bunun üçün bütün səviyyələrdə, bütün struktur vahidlərində və mərhələlərində auditdən keçirik”, – A.Sultanov vurğulayır.


Helikopterlər hər kəs üçündür

Hazırda aviaşirkətin fəaliyyətinin əsas istiqaməti neft sənayesinə aviasiya xidmətlərin göstərilməsi, dəniz buruqlarına sərnişin və yük daşınmasıdır. Bununla yanaşı, baş direktorun sözlərinə görə, “Helicopter Services” müxtəlif şirkətlərin və iş adamlarının da sifarişlərini yerinə yetirir: “Sirr deyil ki, müasir biznesin əsas prinsiplərindən biri sürətdir. Sifarişləri yerinə yetirmək üçün internet səhifəmizdə sifariş bölməsi fəaliyyət göstərir. İstirahət məqsədilə, tibbi təxliyyə əməliyyatları aparılması üçün də sifarişlər olur. Uçuşların qiyməti istiqamətdən, məsafədən, insanların sayından asılıdır. Burada çox amillər var. Məsələn, bir var helikopter küləyə əks uçsun, bir də var külək istiqamətində uçsun. Əksinə uçduqda vaxt və yanacaq çox sərf olunur, bu da qiymətə təsir edir. Hazırda Azərbaycan daxilində uçuruq, ancaq xaricə uçmaq üçün də imkanlarımız var”.

Uçuşdan əvvəl gözləmə otağına

Zabrat aeroportunda sərnişinlər üçün gözləmə otaqları yaradılıb. Burada sərnişinlərə uçduqları hava gəmisinə uyğun video təlimatlar göstərilir və onlar təlimatla tanış olduqlarını imzaları ilə təsdiqləyirlər. Daha sonra sərnişinlərə xüsusi jiletlər paylanılır. Qışda suyun temperaturu müsbət 10 dərəcədən aşağı olarsa, insanlara xüsusi hidro kostyumlar da verilir.