25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar “Zabrat Hava Limanı”nda faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.






